Avropa Birliyi Azərbaycandakı vəziyyətlə bağlı açıqlama yayıb

Avropa Birliyi Azərbaycandakı vəziyyətlə bağlı açıqlama yayıb
19 Avqust 2016
Mətni dəyiş
AB: "Azərbaycan üçün Venesiya Komissiyasının rəyi həlledici əhəmiyyət kəsb edir"
Azərbaycan hakimiyyətinin başlatdığı son repressiya dalğasına beynəlxalq etirazlar artmaqda davam edir. Artıq Avropa Birliyi də baş verənlərlə bağlı Azərbaycan hakimiyyətinə xəbərdarlıq edib.
Qurumun bu gün yaydığı bəyanatda, Referenduma çıxarılan dəyişikliklərə və REAL-ın icra katibi Natiq Cəfərlinin həbsinə toxunulub. Birliyin bəyanatında digər müxalif fəalların da həbs edilməsinin ciddi narahatlıq yaratdığı vurğulanıb.
“Ölkədə siyasi idarəçilik sahəsində ciddi dəyişikliklər nəzərdə tutan referendum ərəfəsində hökumət real demokratik müzakirələr təşkil etməyə borcludur. Bununla yanaşı, hesab edirik ki, Azərbaycan üçün Venesiya Komissiyasının rəyi həlledici əhəmiyyət kəsb edir”,- deyə Avropa Birliyinin bəyanatında bildirilir.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun