1 Avqust 2016
Mətni dəyiş
ANS Müstəqil Yayım və Media Şirkəti lisenziyasının ləğvi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verib.
Bu gün ANS Müstəqil Yayım və Media Şirkəti Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasına, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29 iyul 2016-cı il tarixli, 2-1(103) 1846 / 16 saylı qərarından kassasiya şikayətini təqdim edib. Məhkəmə prosesinin vaxtı ilə bağlı əlavə məlumatların yaxın günlərdə veriləcəyi bildirilib.
Xatırladaq ki, Bakı Apellyasiya Məhkəməsində ANS-in lisenziyasına xitam verilməsi ilə bağlı qərar qəbul olunub.