AHİK və QHT-lər referendumla bağlı təşəbbüs qrupu yaradıb

AHİK və QHT-lər referendumla bağlı təşəbbüs qrupu yaradıb
4 Avqust 2016
Mətni dəyiş
Bu gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və 24 qeyri-hökumət təşkilatının (QHT) sentyabrın 26-na təyin olunmuş ümumxalq səsverməsində təşəbbüs qrupunun yaradılması ilə əlaqədar olaraq təşəbbüsçülərinin yığıncağı keçirilib.
Təşkil edilən yığıncaqda 4002 ilkin təşəbbüsçünü təmsil edən 402 nümayəndə iştirak edib. Yığıncaqda təşəbbüs qrupu yaradılıb. Təşəbbüs qrupunun adının “Vətəndaş cəmiyyəti” olmasına qərar verilib.
Yığıncaqda Seçki Məcəlləsinə uyğun olaraq təşəbbüs qrupunun 25 nəfər səlahiyyətli nümayəndəsi və 1 nəfər maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi təyin edilib. “Vətəndaş cəmiyyəti” təşəbbüs qrupunun qeydiyyatdan keçməsi üçün MSK-ya bildirişin təqdim edilməsinə qərar verilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun