Xədicə İsmayılın şikayəti əsasında məhkəmə başlayıb

Xədicə İsmayılın şikayəti əsasında məhkəmə başlayıb
18 İyul 2016
Mətni dəyiş
Jurnalist Xədicə İsmayılın onun barəsində Cinayət Məcəlləsinin 192.2.2-ci (qanunsuz sahibkarlıq) maddəsinə xitam verilməsi ilə bağlı verdiyi şikayət ərizəsi üzrə bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə prosesi keçirilib. Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə X.İsmayıl çıxış edib. O, Azərbaycan Xarici İşlər Nazirliyində akkreditasiyadan keçə bilmədiyi üçün həmin maddənin (192.2.2) üzərindən götürülməsini xahiş edib. Dövlət ittihamçısı çıxışında sənədlərlə tanış olmaq üçün məhkəmədən vaxt istəyib. Məhkəmə qeyri-müəyyən vaxta kimi təxirə salınıb.  

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun