26 İyul 2016
Mətni dəyiş
Müdafiə Sənayesi Nazirliyi Şirvanda zavodda meydana gələn partlayışla bağlı məlumat yayıb.
Nazirlikdən verilən məlumata əsasən, iyulun 26-da saat 15:35 radələrində Müdafiə Sənayesi Nazirliyinin Şirvan ”Araz” zavodunda hadisə baş verib.
Hadisə nəticəsində ölən yoxdur, 11 nəfər yüngül formada xəsarət alıb. Xəsarət alanlara tibbi yardım göstərilir və hazırda həkim nəzarətindədirlər.
Fasilələrlə yaranan partlayış səslərinin səbəbi utilizasiya olunması üçün Müdafiə Nazirliyi tərəfindən sifariş olunan 1500 ton məmulatdan qalan 146 tonda yaranan qığılcımlardır.
Müdafiə sənayesi naziri Yavər Camalov hadisə baş verdiyi andan etibarən Şirvan şəhərinə yola düşüb. Hazırda hadisə yerindədir.
Hadisənin baş vermə səbəbləri ilə bağlı məlumatlar araşdırmalardan sonra veriləcək.