Həbs olunmuş gəncə vəkili ilə görüş verilmir

Həbs olunmuş gəncə vəkili ilə görüş verilmir
22 İyul 2016
Mətni dəyiş
Sumqayıt  şəhər baş polis idarəsinin əməkdaşları İyulun 20-i Sumqayıt şəhərində həbs olunmuş AXCP GK Sumqayıt şöbəsinin sədri  Ruslan Qarayevə vəkili ilə görüş vermirlər.  Bu barədə vəkil Əsabəli Mustafayev açıqlama verib:
"İki saatdan artıqdır ki, Sumqayıt polis idarəsinin yanında gözləyirəm həbs olunmuş gənclə görüşmək üçün. Açıq aydın görüşə imkan vermək istəmirlər. Yəqin üzərində işgəncə izləri var, yoxsa bu maneələr nə üçündür? DİN- in 102 xidmətinə zəg etmişəm, nəticə yoxdur. Ombudsmanın qaynar xəttində telefona cavab vermirler. Məsələ ictimailəşsə də heç bir nəticə yoxdur. Bir azdan deyəcəklər ki, iş günü qurtarıb. Sabah deyəcəklər ki, qeyri iş günüdür. Bu da insan haqlarının vəziyyəti. Güclüksüzlükdən adam az qala havalansın"
Xatırladaq ki, Ruslan Qarayevi iyulun 20-i axşam saatlarında polislər evindən aparıblar. 21 iyulda məlum olub ki, siyasi fəal saxlanılıb və Sumqayıt şəhər məhkəməsinin qərarı ilə 20 sutka həbs olunub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun