27 İyul 2016
Mətni dəyiş
Dünya Bankı 2016-cı il üçün neftin orta qiymətinin proqnozunu artırmaq haqda qərar qəbul edib.
Bank neftin bir barelinin orta qiymətinin proqnozunu 2016-cı il üçün iki dollar artıraraq 43 dollara yüksəldib.
Məlumata görə, qərara səbəb ikinci rübdə tədarükün azalması və tələbatın artması olub.
Bununla yanaşı, Kanadada tüğyan edən yanğınlar və Nigeriyada neft infrastrukturundakı problemlər də qərarın verilməsinə öz təsirini göstərib.