30 İyul 2016
Mətni dəyiş
İyulun 29-da məlumat yayıldı ki, ölkədə çörəyin qiyməti 30 iyuldan bahalaşacaq. Bununla bağlı çörək istehsalçılarının görüşündə qərar qəbul olunub.
Abzas. net olaraq şəhər mağazalarında satıcılardan sorğu keçirməklə araşdırma apardıq. Satıcılar bildirdilər ki, təchizatçılar bu gündən etibarən çörəyi yeni qiymətlərlə gətirir:
“Məsələn, daha çox istehlak olunan və “zavod çörəyi” kimi tanınan məhsul bu gündən etibarən bizə 43 qəpiyə gətirilir. Biz də qiymət artımına getməyə məcbur olduq. Bundan başqa, digər 33 qəpiyə mağazalara verilən çörək indi 43 qəpiyə satılır, mağazalarbda bu çörəyi hazırda 50 qəpiyə satır. Çəkisindən asılı olmayaraq, çörəyin qiyməti 10 qəpik artıb”.