Hazırda lisenziyası ləğv edilmiş Parabank-ın və Dekabank-ın bank olmayan kredit təşkilatına (BOKT-a) çevrilməsi onlar üçün ən yaxşı çıxış yolu hesab olunur. Lakin ənənəvi və müasir bankçılıq xidmətlərinin böyük bir hissəsini öz fəaliyyətlərində cəmləşdirən bankların BOKT-a çevrilmələri ilə udub-uduzacaqları nə olacaq, bu maraqlıdır...
Bank BOKT olanda itirir:
- Mərkəzi bankda və digər banklarda müxbir hesabları açmaq
- fiziki və hüquqi şəxslərdən depozit qəbul etmək,
- hər hansı hesablaşma kassa əməliyyatı aparmaq
- banklararası bazarda birbaşa iştirak etmək,
- beynəlxalq pul köçürmələri aparmaq
kimi fəaliyyət növlərini həyata keçirməkdən məhrum olacaq.
Məlumdur ki, BOKT-lar ancaq kreditləşmə ilə məşğul ola bilirlər və onlar hüquqi şəxs qismində depozit hesabı açmaq hüququna malikdirlər. Qeyd edək ki, Parabank Wester Union-un agent bankıqismində çıxış edirdi. Yəni, Wester Union beynəlxalq pul köçürmə sisteminə birbaşa çıxışı olmayan banklar agent bank kimi Parabank-ın xidmətindən istifadə edirdilər. BOKT-a çevrildiyi halda isə Parabank agent-bank funksiyasını da itirəcək.
Bank BOKT olanda qazanır:
- BOKT-lara olan nizamnamə kapitalı tələbi 300 min AZN təşkil edir.
- Prudensial normativ tələblər daha yumşaqdır.
Yəni, BOKT olan zaman əlavə kapitallaşma yükündən azad olunurlar. Əsas fəaliyyəti kreditləşmə üzərində qurulduğundan əlavə kadr tələbinə də ehtiyac azalır.