19 İyul 2016
Mətni dəyiş
Azərbaycan Mərkəzi Bankı (AMB) bugün növbəti valyuta hərracı keçirib. Azərbaycan Dövlət Neft Fondu (ARDNF) hərracda 50 milyon ABŞ dollarını satışa çıxarıb, amma hərracda tələb 300 milyon dolları keçib. 50 milyon ABŞ dolları 28 banka satılıb.
AMB-nin rəsmi məzənnəsinin iyulun 20-nə 1,5662 AZN/USD səviyyəsinə yüksələcəyi ehtimal olunur.
Ekspertlər bildiriblər ki, ümumiyyətlə, qlobal maliyyə bazarlarında yaxın iki ay ərzində dolların məzənnəsinin yüksəlməsi proqnozları fonunda nağd valyuta bazarında dollara tələb bir qədər də artacaq. Nəticədə, rəsmi məzənnənin 1,60 səviyyəsinə qədər artması ehtimal edilir.