Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Müşahidə Şurasının xüsusi iclası keçirilib.
İclasda prezidentin "Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı ayrılması haqqında" sərəncamına əsasən qəzetlərə birdəfəlik maliyyə yardımının ayrılması müzakirə olunub.
Uzun illər ərzində sabit fəaliyyət göstərərək ictimaiyyət arasında nüfuz qazanmış, yüksək tirajı və dövriyyəsi olan, Azərbaycan qanunvericiliyinə və Jurnalistlərin Peşə Davranışı Qaydalarına ardıcıl şəkildə riayət edən gündəlik ictimai-siyasi qəzetlərə birdəfəlik maliyyə yardımının ayrılması barədə qərar qəbul edilib.
Qeyd edək ki, müstəqil ekspertlər, jurnalistlər kütləvi informasiya vasitələrinə bu formada yardımların ayrılmasını, media nümayəndələrinə evlərin bağışlanmasını yalnış hesab edir və bildirlər ki, media orqanlarının fəaliyyəti üçün azad mühit formalaşdırılmalı, reklam bazarına çıxış imkanı yaradılmalıdır. KİV-lərə hökumət tərəfindən münasibət dəyişsə, media orqanlarının öz fəaliyyətləri üçün maddi resurs tapmağı həll olunacaq və onlar azad şəkildə fəaliyyət göstərə biləcəklər.
Maliyyə yardımı ayrılmış qəzetlərin siyahısı:
|
№ |
Nəşrin adı |
Ayrılmış məbləğ |
| 1. |
"Azərbaycan” qəzeti |
40.000 AZN |
| 2. |
"Bakinski raboçi” qəzeti |
40.000 AZN |
| 3. |
"Bakı Xəbər” qəzeti |
40.000 AZN |
| 4. | "525-ci qəzet” | 40.000 AZN |
| 5. | "Ekspress” qəzeti | 40.000 AZN |
| 6. | "Ədalət” qəzeti | 40.000 AZN |
| 7. | "Xalq qəzeti” | 40.000 AZN |
| 8. | "İki sahil” qəzeti | 40.000 AZN |
| 9. | "Kaspi” qəzeti | 40.000 AZN |
| 10. | "Kaspiy” qəzeti | 40.000 AZN |
| 11. | "Mövqe” qəzeti | 40.000 AZN |
| 12. | "Olaylar” qəzeti | 40.000 AZN |
| 13. | "Palitra” qəzeti | 40.000 AZN |
| 14. | "Respublika” qəzeti | 40.000 AZN |
| 15. | "Səs” qəzeti | 40.000 AZN |
| 16. | "Şərq” qəzeti | 40.000 AZN |
| 17. | "Şərq qapısı” qəzeti | 40.000 AZN |
| 18. | "Yeni Azərbaycan” qəzeti | 40.000 AZN |
| 19. | "Yeni Müsavat” qəzeti | 40.000 AZN |
| 20. | "Azad Azərbaycan” qəzeti | 30.000 AZN |
| 21. | "Bizim yol” qəzeti | 30.000 AZN |
| 22. | "Exo” qəzeti | 30.000 AZN |
| 23. | "Həftə içi” qəzeti | 30.000 AZN |
| 24. | "Xalq Cəbhəsi” qəzeti | 30.000 AZN |
| 25. | "Novoye vremya” qəzeti | 30.000 AZN |
| 26. | "Paralel” qəzeti | 30.000 AZN |
| 27. | "Üç nöqtə” qəzeti | 30.000 AZN |