23 Dekabr 2016
Mətni dəyiş
Yaponiyada doğumun qeydiyyata alınmağa başlandığı zamandan bəri ilk dəfə minimum doğum səviyyəsi qeydə alınıb. Bu barədə The Independent məlumat verir.
1899-cu ildən, Yaponiyada doğumların qeydə alındığı zamandan bəri doğulanların sayı ildə bir milyondan az olmayıb. Lakin 2016-cı ildə yeni doğulanların sayı ilk dəfə təqribən 990 minə bərabər olub. Əhalinin təbii yaşlanmasının sürətlənməsi və uşaqların qayğısına qalmağın daha çox xərc tələb etməsi buna əsas səbəblər olaraq göstərilir. Bundan başqa ölkədə demoqrafik çuxur gözə çarpır: Yaponiyada 20-30 yaş arası olan qadınların sayı 10 il əvvəlkindən 20% azdır.
Ölüm səviyyəsinin doğumu üstələməsindən narahat olan Yaponiya höküməti növbəti ilin büdcəsində böyük bir hissəsinin uşaqlı ailələrə dəstək məqsədilə ayrılacaq xərcləri rekord səviyyədə - 830 mlrd dollar olaraq müəyyənləşdirib.
Ölkədə rəsmi statistikaya görə doğum səviyyəsinin maksimum olduğu il 1949-cu il olmuşdur (2,7 mln). Hal-hazırda da doğum səviyyəsi çox yüksək deyil - hər ailəyə təqribən 1,45 uşaq.
Hökumət bu sürətlə əhalinin sayının 2060-cı ilə 128 mln nəfərdən 86,7 mln nəfərə qədər düşəcəyindən ehtiyat edir.