Yəmən gəmisi batıb, 60-dan artıq sərnişindən xəbər yoxdur

Yəmən gəmisi batıb, 60-dan artıq sərnişindən xəbər yoxdur
7 Dekabr 2016
Mətni dəyiş
Göyərtəsində 60-dan artıq sərnişin olan Yəmən gəmisi Ərəb körfəsində Sokotra adası yaxınlığında qəzaya uğrayaraq batıb.
TASS-a istinadən verilən məlumata görə, gəmidə 64 sərnişin olduğu bildirilir, onların arasında qadın və uşaqlar da var.
Gəmi Yəmənin Hadramaut vilayətindən - Əl-Mukalla şəhərindən adaya doğru marşrut üzrə hərəkət edirmiş. Məlumata görə, gəmi limandan ayrılandan bir müddət sonra sahil xidməti ilə əlaqəsi kəsilib.
Hadramaut vilayəti müvafiq qurumları ada ətrafında axatarış-xilasetmə işləri aparırlar. Son məlumata görə, sulardan 2 nəfər xilas edilib, qalanların taleyi barədə məlumat yoxdur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun