23 Dekabr 2016
Mətni dəyiş
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı özünü İraq Şam İslam Dövləti (İŞİD) adlandıran qruplaşma tərəfindən girov götürülmüş iki türk əsgərinin yandırılaraq öldürülməsinə aid olduğu iddia edilən videogörüntüləri təhlil edir.
BBC Türkçe saytına məlumat verən Müdafiə Nazirliyinin rəsmiləri ötən axşam internetdə paylaşılan görüntülərin həqiqi olub-olmamasına dair şərh verəcəyini bildirib.
19 dəqiqəlik video görüntü ötən axşam İŞİD-ə aid olduğu deyilən sosial media hesablarından yayımlanıb.
Videoda hərbi formalı iki nəfərə od vurularaq yandırıldığını görmək olar.
Məlumatda onların türk hərbçiləri olduğu deyilir.
Videonun həqiqiliyini təsdiq etmək mümkün olmayıb.