Trump Obama-nın fərmanlarını ləğv edəcək

Trump Obama-nın fərmanlarını ləğv edəcək
26 Dekabr 2016
Mətni dəyiş
ABŞ-ın yeni seçilən prezidenti Donald Trump yanvarın 20-də baş tutacaq inauqurasiyasından sonra Barak Obama'nın imzaladığı fərmanların 70%-i ləğv edəcək.
Bunu Fox News telekanalına müsahibəsində ABŞ Konqresinin Nümayəndələr Palatasının sabiq spikeri, Trampın ən yaxın adamlarından biri sayılan Newt Gingrich bəyan edib.
“Onun imzaladağı fərmanların 60-70%-i Tramp tərəfindən ləğv olunacaq”, deyə N.Gingrich bildirib.
Onun sözlərinə görə, obyektiv səbəblərdən yenidən baxılacağı və ləğvi mümkün olmayan fərmanlar belə təxirə salınacaq və yaxud ləğv ediləcək. “Buna zəkalı hüquqşünasların köməyi ilə nail olmaq mümkündür”, deyə N.Gingrich vurğulayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun