Trump müdafiə nazirinin adını açıqlayıb

Trump müdafiə nazirinin adını açıqlayıb
2 Dekabr 2016
Mətni dəyiş
ABŞ-ın seçilmiş prezidenti Donald Trump təqaüdə çıxan general James Mattis-ı komandasının müdafiə naziri təyin edir.
"O bizim ən yaxşımızdır", cənab Trump yeni nominasiyanı Ohio-da keçirilən mitinqində elan edib.
"Dəli it" kimi tanınan Gen Mattis, Obama administrasiyasının Orta Şərq, xüsusilə İran siyasətinin açıq tənqidçisi olub.
O İranı "Orta Şərqdə stabillik və sülhə ən böyük və yeganə təhlükə" adlandırıb.
Trump bu təyinat haqqında elanı tərəfdarlarına "ABŞ Təşəkkür Turu 2016" başlandığı Cincinnati-də deyib.
"Biz "Dəli İt" Mattis-i müdafiə nazirimiz təyin etməyə hazırlaşırıq", o camaata deyib.
Cənab Trump bir müddət əvvəl 66 yaşlı Gen Mattis-ı "əsil generalların generalı" adlandırıb.
Təqaüdə çıxan zabit 1991-ci ildə birinci Körfəz müharibəsi zamanı hücum batalyonuna və 2001-ci ildə cənubi Əfqanıstanda bütöv komandaya rəhbərlik edib.
O, həmçininn 2003-cü ildə İraqın işğalında iştirak edib və bir il sonra Fəlluca döyüşündə əsas rol oynayıb.
Gen Mattis 2013-cü ildə ABŞ Mərkəzi Komandanlığının komandiri kimi təqaüdə çıxıb.
Jurnalistlər deyir ki, onun təyinatı ABŞ döyüşçüləri arasında çox məşhur olacaq.
Ancaq o təyin olunmazdan əvvəl konstitusiyadakı maneələr aradan qaldırılmalıdır.
ABŞ qanununa görə, təqaüdə çıxmış zabit müdaifə naziri təyin olunmazdan əvvəl ən azı 7 il bu sahədə çalışmamalıdır.
Respublikaçıların idarəçiliyində olan Konqres tələbə uyğun olaraq qanunvericiliyi təsdiq etməli olacaq ki, o bu vəzifəyə təyin ola bilsin.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun