“Televiziya və radio yayımı haqqında” qanuna dəyişiklik təsdiqlənib

“Televiziya və radio yayımı haqqında” qanuna dəyişiklik təsdiqlənib
12 Dekabr 2016
Mətni dəyiş
Prezident İlham Əliyev “Televiziya və radio yayımı haqqında” qanunda dəyişiklik edilməsi barədə” 2016-cı il 28 oktyabr tarixli qanunun tətbiqi haqqında sərəncam imzalayıb.
“Televiziya və radio yayımı haqqında” qanuna aşağıdakı məzmunda 12-1-ci maddə əlavə edilib:
“Maddə 12-1. Dini ekstremizm əleyhinə xüsusi əməliyyatlar barədə ictimaiyyətə məlumatın verilməsi
12-1.1. Dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması zonasında kütləvi informasiya vasitələri işçilərinin fəaliyyəti əməliyyat aparan orqan tərəfindən müəyyən edilir.
12-1.2. Dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat barədə ictimaiyyətə məlumatlar əməliyyat aparan orqanın müəyyən etdiyi formada və həcmdə verilir.
12-1.3. “Dini ekstremizmə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsində nəzərdə tutulmuş məlumatların yayılmasına yol verilmir”.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun