29 Dekabr 2016
Mətni dəyiş
Rusiya prezidenti Vladimir Putin Suriyada hökümətlə müxalif qrupların arasında atəşkəs sənədinin imzalandığını açıqlayıb.
Onun sözlərinə görə, ümumilikdə üç sənəd imzalanıb. Birinci sənəd Suriya hökuməti və silahlı müxalifət arasında ölkə ərazisində atəşkəs elan edilməsi haqqındadır. İkinci sənəd atəşkəs rejiminə nəzarət edilməsi üzrə tədbirlər kompleksidir. Üçüncü sənəd isə Suriya məsələsinin nizamlanması üzrə sülh danışıqlarına başlamağa hazır olması ilə bağlıdır.
Türkiyə xarici işlər nazirliyi də bir bəyanat yayaraq dekabrın 30-dan etibarən atəşkəsin başlayacağını və bu anlaşmadan məmnun olduqlarını bildirib.
Suriya dövlət kanalı SANA da anlaşmanı təsdiqləyib. Xəbər görə, atəşkəs İŞİD, Əl Nusra cəbhəsi və onlara bağlı qruplaşmalara şamil edilmir.