16 Dekabr 2016
Mətni dəyiş
"Suriyalı müxaliflərlə Türkiyənin vasitəçiliyi ilə görüşürük". Bunu Yaponiyada rəsmi səfərdə olan Rusiya prezidenti Vladimir Putin deyib.
Kreml rəhbəri bildirib ki, Suriya rejimi ilə müxalifləri Qazaxıstanın paytaxtı Astanada görüşdürmək üçün Recep Tayyip Erdoğana təklif göndərib. "Suriya rejimi ilə müxalifləri Astanada görüşdürmək barədə cənab Erdoğanla razılaşdıq"- deyə Putin bildirib.