SSSR-də güllənmə cəzası alan yeganə yeniyetmə, Brejnevin Xurşovdan xahişi [Dosye]

SSSR-də güllənmə cəzası alan yeganə yeniyetmə, Brejnevin Xurşovdan xahişi [Dosye]
24 Dekabr 2016
Mətni dəyiş
Keçmiş SSSR-də barəsində güllələmə hökmü çıxarılan yeganə yeniyetmə Arkadiy Neylanddır. O, 15 yaşında olan zaman məhkəmə barəsində güllənmə hökmü çıxarır və qərar icra edilir.
Abzas.net-in Neyland Arkadiyin vikipediyasına istinadən məlumatına görə, o 1949-cu ildə Sank- Peterburqda, o vaxt ki adı ilə Leninqradda anadan olub. Ailəsi çox kasıb olub. Ailədə yaşadığı problemlərə görə 7 yaşında olandan evdən qaçaraq oğurluq etməyə başlayıb.
14 yaşınadək bir neçə dəfə kiçik cinayətlərə görə polisə düşüb. Yalnız barəsində həbs qətimkan tədbiri seçilməyib.
15 yaşına qədəm qoyduqdan sonra daha ciddi cinayətlər törətmək qərarına gəlib. Bunun üçün 1964-cü ildə Abxaziyaya tam dəqiq desək Suxumi şəhərinə gəlir. Orda varlı bir ailənin evinə oğurluğa girmək fikrinə düşür. Özü ilə balta götürür.
Gəlib qapını çalır. Özünü poçtalyon kimi təqdim edir. Evdə bir qadın və 3 yaşında olur. İçəri girən kimi o qadını balta ilə xüsusi amansızlıqla öldürür. Bununla da yetinməyən 15 yaşlı gənc qadının 3 yaşlı körpəsini də qətlə yetirir. Mənzili taladıqdan iz itirmək üçün isə evi yandırır. Yalnız cinayəti törətdiyi baltanı isə həmin evdə qoyur.
Evin yandığını görən qonşular yanğınsöndürənə xəbər edirlər. Polis və tədqiqatçılar əl izləri ilə cinayətkların kimliyini müəyyənləşdirir və Neyland həbs edilir.
[gallery ids="18956,18955,18954"]
O, istintaq dövründə səmimi şəkildə cinayətini etiraf edib. Neyland işi aparan müstəntiqlərə cəzadan qorxmadığını yeniyetmə olduğu üçün ən çox 10 il müddətə azadlıqdan məhrum ediləcəyini deyib. O, sonda bağışlanacağını belə gözləyib.
Bundan sonra bütün ictimaiyyət, vətəndaşlar ölkənin prezidenti olan Xurşova müraciət edib. Onlar Neylanda ən ağır cəza verilməsini istəyirlər. Xurşov məsələni Sovet İttifaqına yönəldib.
Sovet İttifaqı qərar verir ki, Neylandın işində yeniyetmələrlə bağlı qanun onun işində istisna hal kimi qəbul edilməsin.
Məhkəmə bunu nəzərə alaraq Neyland barəsində güllələnmə hökmü çıxarılır. Bu ö dövr üçün gözlənilməz olub. Neylandın özü də sonun bu cür olacağına inanmayıbmış. Çünki o dövrdə güllələnmə hökmü 18-60 yaş arası şəxslərə verilirdi.
Bu qərar bütün hüquq konvensiyaları zidd olub. Məhz buna görə ölkə ziyaları, hüquq müdafiəçiləri bununla bağlı müraciət ünvanlayıb. Məhz Brejnev Xurşovun yanına gələrək Neyland barəsində güllənmə hökmünün ləğv edilməsini istədə də, onun istəyi reallaşmayıb.
1964-cü ilin avqustun 11-də Arkadiy Neyland Leninqradda güllələnib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun