14 Dekabr 2016
Mətni dəyiş
"SOCAR Capital" MMC dövlət qeydiyyatından keçib.
Trend-in "Vergilər" qəzetinə istinadən verdiyi məlumata görə, şirkət 29 avqust 2016-cı ildə Vergilər Nazirliyinin "bir pəncərə" sistemi üzrə qeydiyyatdan keçib.
MMC-nin nizamnamə kapitalı 3 milyon manat təşkil edir.
Şirkətin rəsmi nümayəndəsi Samir Kərimovdur.
"SOCAR Capital"ın Müşahidə Şurasına Rövnəq Abdullayev, Süleyman Qasımov, Vaqif Əliyev və Eldar Orucov daxildir.