3 Dekabr 2016
Mətni dəyiş
Şimali Koreya BMT-nin sanksiya qərarına hərbi manevrlə cavab verib.
Şimali Koreya lideri Kim Çen In, BMT Təhlükəsizlik Şurasının son sanksiya qərarına hərbi təhdidlərlə cavab verib.
Şimali Koreya rəsmi xəbər agentliyi KCNA Kimin sözlərindən bu hissəni yayımlayıb: "Müharibə olacağı təqdirdə, Cənubi Koreyaya elə ölümcül zərbə vuracağıq ki, onların müdafiə iradələrini ən başdan qıracaq və yox edəcəyik". Kim Çen Inın sözlərinə, "Heç bir şey və heç kim həyatda qala bilməyəcək", deyə davam etdiyi bildirilib.
Cənubi Koreya sərhədinə yaxın birliklərin hərbi manevrində Seul və digər Cənubi Koreya şəhərlərinə istiqamətli ola biləcək hücumun məşq edildiyi və sərhədə yaxın topçu birliklərini Kimin şəxsən idarə etdiyi qeyd edilir.
Xatırladaq ki, BMT Təhlükəsizlik Şurası Şimali Koreyanın həyata keçirdiyi sonuncu nüvə silah testlərinə çərşənbə günü yeni sanksiya qərarları ilə cavab vermişdi. Aylardır ki, davam edən müzakirələrin ardından Təhlükəsizlik Şurasının qərar layihəsi üzv 15 ölkənin səs birliyi ilə qəbul edilmişdi. BMT Təhlükəsizlik Şurasının qərarında sentyabr ayının əvvəlində keçirilən son atom bombası testi "ən sərt dillə" tənqid olunub.
Yeni sanksiyalar Şimali Koreyanın Çinə kömür ixracatında müəyyən sərhədi də nəzərdə tutur. Bu məhdudiyyət ilə Şimali Koreyanın çox əhəmiyyətli gəlir qaynağının əvvəlki ilə görə 62 faiz eniş göstərməsi planlaşdırılır.
BMT Şimali Koreyanın ilk atom bombası testini etdiyi 2006-ci ildən bu yana Şimali Koreyaya qarşı altı dəfə sanksiya qərarı alıb.