20 Dekabr 2016
Mətni dəyiş
ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp seçicilər kollegiyasının səsverməsində qələbə qazanıb.
Associated Press agentliyinə istinadən verilən xəbərə görə, kollegiyanın 538 üzvündən 304-ü səsini Trampa verib.
ABŞ qanunvericiliyinə uyğun olaraq, qələbə üçün seçicilər kollegiyasının 270 səsini qazanmaq kifayətdir.
Qeyd edək ki, seçicilər kollegiyası ştatların ümumxalq səsverməsində müəyyənləşdirdiyi xüsusi nümayəndələrdən ibarətdir. Hər ştatın ABŞ Konqresində təmsilçilərinin sayı qədər nümayəndə seçmək hüququ var.
Xatırladaq ki, noyabrın 8-də ABŞ-da prezident seçkisi keçirilib. Respublikaçılar Partiyasının namizədi Donald Tramp rəqibi, Demokratlar Partiyasının təmsilçisi Hillari Klintonu məğlub edib.