Rusiyada bomba panikası: 3 min sərnişin təxliyə olunub

Rusiyada bomba panikası: 3 min sərnişin təxliyə olunub
26 Dekabr 2016
Mətni dəyiş
Moskvada üç dəmiryolu stansiyasına bomba qoyulması xəbəri yayılıb.
TASS agentliyinin xəbərinə görə, bu gün günorta saatlarında paytaxtın Kazan, Yaroslavl və Leninqrad dəmiryolu stansiyalarına bomba qoyulması ilə bağlı anonim məlumat daxil olub.
Hadisə yerində olan polislər bildirib ki, məlumatdan dərhal sonra 3 minə yaxın sərnişin və stansiyalarda çalışan işçilər təxliyə edilib.
Adı çəkilən bölgələrdə iri çaplı axtarış tədbirləri başlayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun