Qazax polisinin rəisi əməliyyatdan sonra vəfat etdi

Qazax polisinin rəisi əməliyyatdan sonra vəfat etdi
16 Dekabr 2016
Mətni dəyiş
Qazax rayon Polis Şöbəsinin rəisi, polkovnik Natiq Həsənov bu gün vəfat edib. Abzas.net xəbər verir ki, mərhumun uzun müddətdi xəstə olduğu bildirilir.
"Report"un məlumatına görə isə, polis rəisi mədəsindən əməliyyat olunub.  Əməliyyatdan sonra kəskin qanaxma baş verib.
Xatırladaq ki, Natiq Həsənov 2016-ci ilin yanvar ayının 19-da daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə bu vəzifəyə təyin edilmişdi. Polkovnikin 52 yaşı var idi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun