Parklanma yerlərində avtomobillərin parklanma müddətinə məhdudiyyət qoyulub

Parklanma yerlərində avtomobillərin parklanma müddətinə məhdudiyyət qoyulub
16 Dekabr 2016
Mətni dəyiş

Azərbaycanda avtomobillərin parklanması ilə bağlı yeni qayda tətbiq ediləcək.

Bu müddət 24 saatdan artıq ola bilməz.

Bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında "Yol hərəkəti haqqında" qanununa dəyişiklik edilməsi təklif edilib.

Dəyişiklik layihəsinə əsasən, nəqliyyat vasitəsi parklanma yerində 24 saatdan artıq saxlandıqda İnzibati Xətalar Məcəlləsinin nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında elektron protokol tərtib olunur, nəqliyyat vasitəsi müvafiq icra hakimiyyəti orqanının ən yaxın mühafizə olunan duracağına aparılır və nəqliyyat vasitəsinin istifadəçisinə məlumat verilir. Sürücü nəqliyyat vasitəsinin aparıldığı duracaq barədə məlumatı parkomat vasitəsi ilə də əldə edə bilər.

Nəqliyyat vasitəsi parklanma yerində 24 saatdan artıq saxlandıqda sürücü 20 manat məbləğində cərimə edilir.

Layihə çıxarılaraq qəbul edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun