12 Dekabr 2016
Mətni dəyiş
"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barrelə görə 2,39 dollar artaraq 53,89 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti isə 1 barrelə görə 2,31 artaraq 57,02 dollar olub.
Beləliklə, Brent markalı neftin qiyməti 2015-ci ilin iyulun 21-dən etibarın ilk dəfə 57 dollar həddini aşıb.
Nefti kəskin bahalaşdıran amil OPEC və qeyri-OPEC ölkələri tərəfindən hasilatın azaldılmasını özündə ehtiva edən razılaşmanın imzalanmasıdır.
Qeyd edək ki, dekabrın 10-da Vyanada OPEC-ə daxil olmayan neft istehsalçısı ölkələrinin görüşü keçirilib. Görüşdə 12 dövlət iştirak edib. Sonda 11 ölkə tərəfindən 2017-ci ilin yanvarından etibarən neft hasilatının ümumilikdə sutkada 558 min barel azaldılması barədə saziş imzalanıb. Azərbaycan neft hasilatını sutkada 35 min barel azaltmağa razılıq verib.