Nardaran hadisələrində təqsirləndirilən şəxslərdən biri azadlığa buraxılıb

Nardaran hadisələrində təqsirləndirilən şəxslərdən biri azadlığa buraxılıb
20 Dekabr 2016
Mətni dəyiş
Ötən il noyabrın 26-da Nardaranda baş verən hadisələrdən sonra həbs edilən şəxslərdən Əbülfəz Bünyadov azadlığa buraxılıb. 
Bu barədə APA-ya vəkil Yalçın İmanov məlumat verib. Onun sözlərinə görə, Nəsimi rayon Məhkəməsində Ə. Bünyadovun azadlığa buraxılması ilə bağlı istintaq orqanın təqdimatına baxılıb. Məhkəmə təqdimatı təmin edərək, onu azadlığa buraxıb.
Qeyd edək ki, Ə. Bünyadov hadisələr zamanı bir neçə güllə yarası alıb və iflic olub, indiyə kimi Penitensiar xidmətin Müalicə Müəssisəsində müalicə olunurdu. Hadisələr zamanı ölən şəxslərdən ikisi onun əmisi oğludur. Onun bir əmisi və əmisi oğlu isə həbsdədir.
Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində “Müsəlman Birliyi” hərəkatının həbsdə olan sədri Taleh Bağırov, AXCP sədri Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi keçirilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun