Mahmud Abbas BMT-nin qərarı barədə ümidli danışıb

Mahmud Abbas BMT-nin qərarı barədə ümidli danışıb
28 Dekabr 2016
Mətni dəyiş
Fələstin prezidenti Mahmud Abbas Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının İsrailin qeyri-qanuni məskunlaşma qəsəbələri ilə əlaqədar qərar layihəsini qiymətləndirib.
Abbas Fələstin torpaqlarındakı məskunlaşma bölgələrinin inşaatlarını dayandırmağa çağıran layihəsinin sülh müzakirələri üçün yeni təməl olacağını ifadə edib:
"Birləşmiş Millətlər Təşkilatının qərar layihəsi həm İsrailə, həm də bütün dünyaya həll yolu istiqamətində gedən müzakirənin əsasını açıq şəkildə göstərir. İsrail qərar layihəsində də ifadə edildiyi kimi beynəlxalq hökuməti rədd etməməlidir".
"Euronews" bildirir ki, Amerika Birləşmiş Ştatlarının səsvermədə qərarı veto etmək əvəzinə bitərəf qalmasından sonra qəbul edilən layihə İsrailin sərt etirazına səbəb olmuşdu.
Qərarı tanımayacağını deyən Tel Aviv rəhbərliyi, qanuna dəstək verən ölkələrlə diplomatik əlaqələrin səviyyəsini aşağı salacağını bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun