Magistral qaz kəmərində yanğın söndürülüb

Magistral qaz kəmərində yanğın söndürülüb
27 Dekabr 2016
Mətni dəyiş
Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisində Qaz Emalı Zavodundan Səngəçal Baş Qurğularına gedən, diametri 1000 mm-lik magistral qaz kəmərində baş verən yanğın söndürülüb.
"Abzas" SOCAR-a istinadən bildirir ki, qəza baş vermiş xətdə təmir bərpa işlərinə başlanılıb və Abşeron yarımadasına qazın verilməsi alternativ qaz xətti ilə bərpa olunub.
"SOCAR, Fövqəladə Hallar Nazirliyi və ''Azərenerji'' mütəxəsislərinin birgə səyləri və görülmüş operativ tədbirlər nəticəsində Səngəçal qəzəsəbəsi ərazisində Qaz Emalı Zavodundan Səngəçal Baş Qurğularına gedən 1000 mm-lik magistral qaz kəmərində baş vermiş yanğın söndürülmüşdür"- deyə qurumdan bildirilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun