28 Dekabr 2016
Mətni dəyiş
Ağdam rayon məhkəməsi Sumqayıt şəhər 41 saylı seçki dairəsinin deputatı Mirzəcan Xəlilovun usta Zülfüqar Əliyevə qarşı təzminat şikayətini təmin edib.
Abzas.net xəbər verir ki, bu barədə 20 fəhlənin "briqadiri" olan usta Zülfüqar Əliyev məlumat verib.
"Ağdam rayon məhkəməsi saxta ekspertiza rəyi ilə deputat Mirzəcan Xəlilovun xeyrinə qərar çıxardı", - deyə Zülfüqar Əliyev deyib.
Usta bildirib ki, deputat məhkəmə şikayətində ondan 100 min manat şərəf və ləyaqətinə, 75 min manatlıq isə maddi ziyanı ödəməyini tələb edib.
Məhkəmə usta Zülfüqar Əliyevin deputat Mirzəcan Xəlilova 29 min manat maddi ziyana, 100 manat isə mənəvi ziyana görə kompensasiya qərarı qəbul edib.
Qeyd edək ki, Zülfüqar Əliyev deputat Mirzəcan Xəlilovun evində işlədiyi halda əməkhaqqını ala bilmədiyini, məsələni ictimailəşdirdikdən sonra deputatın onu məhkəməyə verdiyini deyir.