Mədət Quliyev: "Vəzifəli insanların uşaqlarını videoya çəkib, pul tələb ediblər"

Mədət Quliyev: "Vəzifəli insanların uşaqlarını videoya çəkib, pul tələb ediblər"
12 Dekabr 2016
Mətni dəyiş
“Bu qalmaqallı məsələdir. Son 10 ildə bəzi jurnalistlər qeyri-qanuni fəaliyyətlə məşğul olublar”.
Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev deyib.
“Onlar müəyyən vəzifəli adamlardan, vəzifəli insanların uşaqlarından qeyri-qanuni videoçəkilişlər aparıb, pul tələb ediblər. Bununla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başlanılıb, məsələyə hüquqi qiymət veriləcək” , - deyə, DTX rəisi vurğulayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun