Liviyaya aid sərnişin təyyarəsi naməlum şəxslər tərəfindən qaçırılıb.
İçərisində 118 sənişin olan "Afriqivyah" hava yollarına məxsus "Airbus 320" tipli təyyarə Maltanın Luqa hava limanına endirilib. İki silahlı şəxs təyyarəni partladacağını bildirir.
Liviya daxili uçuşlar həyata keçirən təyyarənin istiqamət yolu dəyişdirilərək, Maltaya aparılıb. Eniş yerli saatla 11.32-də qeydə alınıb.
[caption id="attachment_18886" align="alignnone" width="531"]

Təyyarənin qaçırılması[/caption]
***
Malta baş naziri Joseph Muscat polis tərəfindən əməliyyat hazırlığının başlandığını bildirir. Baş nazirin sözlərinə görə, hadisə yerində təcili tibbi yardım maşınları hazır gözləyir.
***
Malta mətbuatı təyyarəni qaçıranların Liviyanın keçmiş lideri Qəddafi tərəfdarı olduğunu yazır.
***
Təyyarə Səbha rayonundan paytaxt Tripoliyə uçuş edərkən, Maltaya hərəkətlənib.
[caption id="attachment_18852" align="alignnone" width="606"]

Qaçırılan təyyarəyə aid ilk görüntü[/caption]
Hadisə yerində olan Reuters agentliyi tərəfindən görüntülər yayımlanmaqda davam edir. Agentliyin paylaşdığı şəkillərdə Malta Xüsusi Təyinatlılarının olay yerində olduğu görünür.

***
El Bilad qəzetinin qaynaqlarına istinadən verdiyi xəbərə görə, təyyarəsi qaçıran 2 şəxs Seyfülislam Qəddafinin həbsxanadan buraxılmasını istəyib. Malta mətbuatı da quldurların Qəddafi tərəfdarı Əl Fəth əl Gadida adlı təşkilatına mənsub olduqlarını bildirmişdi.
Qeyd edək ki, sərnişinlərin təyyarədən buraxıldığı xəbərləri gəlsə də, hələ məlumat rəsmi olaraq təsdiqlənməyib.
***
Malta baş nazirinin açıqlamalarına görə, əvvəlcə 25 nəfərlik ilk qrup təyyarədən sərbəst buraxılıb. Hazırda ikinci 25 nəfərlik qrupun təyyarədən buraxılması gözlənilir.
[caption id="attachment_18937" align="alignnone" width="705"]

Qaçırılan təyyarədən sərnişinlərin azad edilmə anı[/caption]
***
Baş nazir Muscat bildirib ki, təyyarədə olan sərnişinlər sərbəst buraxılıb. Təyyarəni qaçıran 2 şəxs ilə danışıqlar davam edir.
***
Təyyarəni qaçıranlar Malta hüquq-mühafizə orqanlarına təslim olubar. Heyət üzvləri və sərnişinlər azad edilib.