28 Dekabr 2016
Mətni dəyiş
Küveyt parlamenti, "Hələbdə insanlığa qarşı işlənən cinayətlərin və soyqırımın" Beynəlxalq Cəza Məhkəməsinə (UCM) daşınmasını istəyib.
Küveyt parlamenti, parlament sədri Merzuk əl-Ganim-in dəvəti ilə Hələbdə yaşanan insani vəziyyətlə bağlı fövqəladə iclas keçirib.
İclasda, Küveyt Xarici İşlər Nazirliyinin, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında (BMGK) "Hələbdə insanlığa qarşı işlənən cinayətlərin və soyqırımın" Beynəlxalq Cəza Məhkəməsinə (UCM) göndərilməsi istiqamətində qərar çıxarmaq üçün regional və beynəlxalq səviyyədə hərəkətə keçməsi istənilib.
Türkiyənin "Sabah" qəzetinin xəbərinə görə, Xarici İşlər Nazirliyinə əlavə olaraq, Suriya xalqına kömək etmək üçün beynəlxalq mənada hərəkətə keçmə, Suriyalıları Küveytdəki ailələrinə qovuşdurma və səhiyyə konvoylarını artırma çağırışı edilib.
Yığıncaqda hökumətin istəyini çatdıran baş nazir köməkçisi və Xarici işlər naziri Sabah Xalid əl-Hamad əs-Sabah, "Küveyt daima məsələnin siyasi yolla həll olmasının vacibliyini vurğulayıb. Bu, müdafiəsiz xalqa qarşı soyqırımın həyata keçirilməsindən daha yaxşı variantdır", - deyə bildirib.
Sabah ölkəsinin, Suriya xalqına dəstək verən donor ölkələrin yığıncaqlarına üç dəfə ev sahibliyi etdiyini və bu yığıncaqlarda təxminən 1 milyard 609 milyon dollar yardım edildiyini deyib.
Müstəqil millət vəkili Əli əd-Dakbasi də dünyanın Hələbdə yaşanan fəlakətlər qarşısında şübhə oyandıran səssizlik içində olduğunu vurğulayaraq, ölkəsinin, Ərəb Birliyi başda olmaq üzrə Suriyada yaşananlara səssiz qalan təşkilatlara dəstəyini dayandırmasını tələb edib.
Millət vəkili Cema əl-Harbaş isə "Suriyada yaşananlar Ərəb ölkələrinin alınlarına sürülən ləkədir. Xalq kömək istəyir və kimsə onlara silah uzatmır", ifadələrindən istifadə edib.