Kubada Fidel Castro qadağası

Kubada Fidel Castro qadağası
28 Dekabr 2016
Mətni dəyiş
Kuba Milli Məclisi ötən ay həyatını itirən liderlərinin istəyinə sadiq qalaraq, Castronun adının ictimaiyyətə açıq yerlərə verilməsini və onu anmaq üçün heykəllərin düzəldilməsini qadağan edən qərar verib.
Fidel Kastronun qardaşı və ölkənin yeni lideri Raul Castro verdiyi açıqlamada, "Onun döyüşçü ruhu bütün Kubalı inqilabçıların zehinlərində, bu gün, sabah və hər zaman qalacaq" sözlərinə yer verib.
Raul Kastro, El Comandante-yə hörmətlərini göstərmək istəyənlərin edə biləcəyi ən yaxşı şeyin onun inqilab konsepsiyasını izləmək olduğunu söyləyib.
NTV-nin verdiyi xəbərə görə, yeni qanun Fidel Castronun musiqi, ədəbiyyat, rəqs, kino və ya digər vizual sənətlərdə fiqur olaraq istifadə edilməsini qadağan etmir. Ofis, iş yerləri və ya ictimai təşkilatlarda iştirak edən Kastro fotoşəkilləri də mühafizə ediləcək.
Xatırladaq ki, Kubada Castronun ölümü sonrasında 9 gün rəsmi matəm elan edilmiş və iki kütləvi anma mərasimi təşkil edilmişdi. Yüz minlərlə kubalı 25 noyabrda həyatını itirən liderlərinə 1959-cu ildə ABŞ-ı dəstəkləyən Fulgencio Batistanı devirmək üçün istifadə etdiyi yollardan keçən uzun cənazə konvoyu ilə vida etmişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun