İstanbuldakı terror aktından sonra 568 nəfər saxlanılıb

İstanbuldakı terror aktından sonra 568 nəfər saxlanılıb
14 Dekabr 2016
Mətni dəyiş
Dekabrın 12-13-də keçirilmiş xüsusi əməliyyat nəticəsində, Türkiyə polisi PKK ilə əməkdaşlıqda şübhəli bilinən 568 nəfəri saxlayıb.
"Anadolu" agentliyinə istinadən verilən məlumata görə, əməliyyatlar Ankara, İstanbul, Gaziantep, İzmir, Adana, Antalya, Diyarbəkir də daxil olmaqla Türkiyənin 28 şəhər və əyalətində keçirilib.
Qeyd edək ki, dekabrın 10-da İstanbulun mərkəzində, futbol stadionunda iki güclü partlayış baş verib. Hadisədə 38-i polis olmaqla 44 nəfər ölüb. Hakimiyyət orqanları teraktı təşkil etməkdə PKK-nı ittiham edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun