Hindistanda ən hündür heykəl inşa edilir

Hindistanda ən hündür heykəl inşa edilir
26 Dekabr 2016
Mətni dəyiş
Hindistan, 192 metrlik dünyanın ən hündür heykəlinin inşasına başlayıb.
Hindistanın baş naziri Narendra Modi-nin təməl atma mərasimiylə inşası başlayan 530 milyon dollarlıq layihə sərt reaksiyalara səbəb olub.
AFP-nin məlumatına görə, 192 metri aşması planlaşdırılan heykəl, 17-ci əsrdə yaşamış hindu kralı Chhatrapati Shivaji üçün tikilir. Müsəlman Babur İmperatorluğuna qarşı döyüşən Shivajinin heykəli, ABŞ-dakı Azadlıq heykəlindən iki qat böyüklükdə, Riodakı Xilaskar İsa heykəlindən isə 5 qat hündür olacaq. Heykəl Mumbai bölgəsinin qərb sahilindəki adada inşa ediləcək və Çinin Henan vilayətində yerləşən nəhəng Budda heykəlini də geridə qoymuş olacaq.
Ölkəsinin böyük hissəsi yoxsulluqla mübarizə aparan baş nazir Modi, 2019'-cu ildə tamamlanacaq heykəlin təməl atma mərasimində çıxış edib:
"Mübarizənin ortasında olduğu zaman belə, dövləti ən yaxşı şəkildə idarə edən Shivaji Maharaj bizim üçün yol göstəricidir. Xarakterinin bir çox istiqaməti bizə ilham verir."
Layihəyə etirazlarını dilə gətirən hindlilər, büdcənin təhsil və infrastruktura üçün xərclənməsinin tətrəfdarı olduqlarını bildiriblər. İmza kampaniyalarının təşkil edildiyi internet saytı change.org-da mövzuyla bağlı şənbə günü etibarilə 27 min insan səs verib.
Hindu mədəniyyətini yenidən gücləndirmə siyasəti izləyən Modi-nin tez-tez istifadə etdiyi simvollardan olan Shivaji-nin adı hal-hazırda şəhərin metro stansiyası və hava limanına da verilib.
Modi iki il əvvəl isə Hindistanın müstəqillik qəhrəmanlarından olan Sərdar Vallabbhai Patel üçün Gujarat əyalətində 368 milyon dollara başa gələn və 182 metr hündürlüyündə heykəlin inşasına qərar vermiş və böyük etirazlara səbəb olmuşdu.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun