Hakim Ənvər Seyidov reanimasiyaya düşüb

Hakim Ənvər Seyidov reanimasiyaya düşüb
13 Dekabr 2016
Mətni dəyiş
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ənvər Seyidovun beyninə qan sızdığı barədə məlumat yayılıb. 
Abzas.net xəbər verir ki, son olaraq nidaçı Qiyas İbrahimova hökm oxuyan hakim hazırda Mərkəzi Neftçilər Xəstəxanasının reanimasiya şöbəsindədir.
Mərkəzi Neftçilər Xəstəxanasından faktı təsdiqləyiblər. Xəstəxanadan bildirilib ki, Ə.Seyidov hazırda reanimasiyadadır.
Lent.az-ın məlumatına görə, Bakı şəhər sakini, 1949-cu il təvəllüdlü Seyidov Ənvər Cümşüd oğlu xəstəxanaya hipertonik kriz, ürək çatışmazlığı və beyin qan dövranının keçiriciliyinin pozulması diaqnozu ilə daxil edilib. Dərhal təcili və təxirəsalınmaz tibbi yardım tədbirləri həyata keçirilib, eləcə də digər təcrübəli həkimlər xəstənin müalicəsinə cəlb edilib.
Hazırda Ə.Seyidovun həyatı üçün təhlükə yoxdur və müalicəsi bir neçə gün reanimasiya şöbəsində davam etdiriləcək.
Qeyd edək ki, Mərkəzi Neftçilər Xəstəxanasının baş həkimi Leyla Seyidbəyli Ənvər Seyidovun bacısıdır.
Xatırladaq  ki, Oktyabrın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ənvər Seyidovun qərarı ilə NİDA Vətəndaş Hərəkatının üzvü Qiyas İbrahimov 10 il azadlıqdan məhrum edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun