Gələn il 110 gün iş olmayacaq

Gələn il 110 gün iş olmayacaq
16 Dekabr 2016
Mətni dəyiş
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 15 dekabr 2016-cı il tarixli 10 nömrəli qərarına əsasən, 2017-ci ildə beşgünlük iş həftəsində 241 iş günü (onlardan 5-i bayramqabağı, 1-i Ümumxalq hüzn günü qabağı iş günləridir), iş günü hesab edilməyən 110 istirahət günü (onlardan 4-ü iş günü hesab edilməyən bayram günləri ilə üst-üstə düşən, 1-i isə Ramazan bayramının bir gününün iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşən), iş günü hesab edilməyən 17 bayram (4-ü istirahət günləri ilə üst-üstə düşən) və 1 Ümumxalq hüzn günü vardır.
Əmək Məcəlləsinin 89-cu və 90-cı maddələrinə əsasən Azərbaycan Respublikasında gündəlik normal iş vaxtının müddəti 8 saatdan artıq ola bilməz və bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti isə 40 saatdan artıq ola bilməz.
2017-ci ildə  1, 2 yanvar          - Yeni il bayramı, 20 Yanvar - Ümumxalq hüzn günü, 8  Mart - Qadınlar günü, 20, 21, 22, 23, 24 mart - Novruz bayramı, 9 May Faşizm üzərində Qələbə günü,  28 May -  Respublika günü, 15 İyun - Azərbaycan xalqının Milli Qurtuluş  günü, 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri  günü,   26, 27 iyun - Ramazan bayramı,  1, 2 sentyabr        - Qurban bayramı,  9  Noyabr -Azərbaycan Respublikasının Dövlət Bayrağı günü və 31 Dekabr - Dünya Azərbaycanlılarının  Həmrəyliyi günü iş günü hesab edilmir. 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun