FHN və SOCAR partlayışla bağlı açıqlama yayıb

FHN və SOCAR partlayışla bağlı açıqlama yayıb
27 Dekabr 2016
Mətni dəyiş
Fövqəladə Hallar Nazirliyi (FHN) Səngəçalda qaz xəttində baş vermiş partlayış barədə məlumat yayıb.
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Qaradağ rayonunda diametri 1000-1200 mm olan 2 ədəd qaz xəttində yanğınla nəticələnən partlayış baş verməsi barədə məlumat daxil olub.
Hadisə nəticəsində xəsarət alan olmayıb, yanğının söndürülməsi işləri davam edir, yaşayış məntəqələri üçün təhlükə yoxdur.
SOCAR da yaydığı açıqlamada partlayışın baş verdiyini təsdiqləyib.
Məlumata görə xəsarət alan yoxdur və hazırda həmin xətt lokallaşdırılır, sistemə daxil olan təbii qaz dayandırılır və təmir işlərinə başlamaq üçün hazırlıq görülür.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun