Facebook saxta xəbərlərə qarşı mübarizəyə başlayır

Facebook saxta xəbərlərə qarşı mübarizəyə başlayır
16 Dekabr 2016
Mətni dəyiş
Facebook sosial şəbəkəsi saxta xəbərlərlə mübarizə üsullarını test etməyə başlayıb. 
Şirkətin vitse prezidenti Adam Mosserinin açıqlamasına görə,  saxta xəbərlərin müəyyənləşdirilməsində sosial şəbəkə istifadəçilərinin və faktları yoxlayan şirkətlərin yadımını alacaqlar.
Facebook menusunda xəbərin yanlış olduğunu göstərmək üçün əlavə olacaq. Bununla da xəbərin yoxlanılması üçün şirkətlərə məlumat ötürüləcək.  Xəbərin yanlış olduğu təstiqləndiyi halda o "mübahisəli" olaraq göstəriləcək, xəbərə açıqlama əlavə olunacaq. "Mübahisəli" xəbərlər ana səhifədə ən altda və daha nadir görünəcək.
Financial Times-ın verdiyi məlumata görə, şirkət, uzun müddət sosial şəbəkənin KİV deyil, yeni texnologiya olmasında təkid etsə də ABŞ-da seçki kampaniyaları zamanında saxta xəbərlər ilk plana keçməsi səbəbilə könülsüz şəkildə xəbərlərin dəqiqləşdirilməsi məsuliyyətini öz öhdəsinə götürüb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun