Erdoğan: "Avropa İttifaqı insan haqları barədə düşünmür"

Erdoğan: "Avropa İttifaqı insan haqları barədə düşünmür"
24 Dekabr 2016
Mətni dəyiş
Türkiyə prezidenti Recep Tayyip Erdoğan növbəti dəfə Suriya ərazisində müxtariyyətin yaradılmasına qarşı çıxıb.
"Anadolu" agentliyinə istinadən verilən məlumata görə, bu barədə ölkə başçısı İstanbulda keçilirən Xarici iqtisadi əlaqələr şurasının iclasında bildirib.
"Türkiyə Suriyanın şimalında yeni dövlətin yaradılmasına imkan verməyəcək", - deyə o bildirib.
Prezident Avropa İttifaqını da sərt tənqid edib: "Avropa İttifaqı iyulun 1-dək suriyalı qaçqınların dəstəklənməsi üçün bizə 3 mlrd. avro ayıracağına söz vermişdi. Lakin biz bu günə qədər cəmi 677 mln. avro almışıq. Bu vəsait Türkiyəyə deyil, suriyalı qaçqınlara ayrılır. Bəs hanı bu vəsait? Bu, onu deməyə əsas verir ki, Avropa İttifaqı humanizm və insan haqları barədə düşünmür".
Erdoğan qeyd edib ki, Türkiyə hökuməti surayalı qaçqınların ehtiyaclarının qarşılanması üçün 20 mlrd. dollar xərcləyib: "Bu, kiçik rəqəm deyil. Bəs "varlı Qərb" haradadır?"

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun