Elgiz Qəhrəman: "Həbsim sifarişlidir, qərəzlidir"

Elgiz Qəhrəman: "Həbsim sifarişlidir, qərəzlidir"
14 Dekabr 2016
Mətni dəyiş
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində NİDA Vətəndaş Hərəkatının üzvü, siyasi məhbus Elgiz Qəhrəmanın işi üzrə hazırlıq iclası keçirilib.
Abzas-ın xəbərinə görə, Azad Məcidovun sədrliyi ilə keçirilən məhkəmədə gənc fəalın anket məlumatları dəqiqləşdirilib.
Bundan sonra Elgizin vəkilləri Nemət Pənahlı və Fariz Namazlı vəsatətlə çıxış edərək, Elgiz Qəhrəman barəsində həbs qətimkan tədbirinin ləğvi, onun dəmir barmaqlıqlardan çıxarılaraq vəkillərin yanında oturması və saxlanılan zaman hazırlanan protokolun, axtarışla bağlı protokolun cinayət işinin sübutlarından çıxarılmasını tələb ediblər.
Məhkəmə müşavirəyə gedərək vəsatətləri təmin etməyib.
Elgiz Qəhrəman vəkillərin vəsatəti ilə bağlı çıxış edərək bildirib ki, müdafiə edir. Sonra isə deyib ki, "həbsim sifarişlidir, qərəzlidir."
Məhkəmə baxışı dekabrın 21-i saat 14:00-a təyin edilib.
Qeyd edək ki, Elgiz Qəhrəman avqustun 12-də saxlanıb və həmin gün barəsində CM-in 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi ilə həbs qətimkan tədbiri seçilib. NİDA Vətəndaş Hərəkatı Elgiz Qəhrəmanın siyasi motivlərlə həbs olunduğunu bəyan edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun