Dünən 87 cinayət faktı qeydə alınıb

Dünən 87 cinayət faktı qeydə alınıb
22 Dekabr 2016
Mətni dəyiş
Ötən gün Azərbaycan ərazisində 87 cinayət faktı qeydə alınıb, onların 22-si “isti izlər”lə açılıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Baş vermiş 6 yol-nəqliyyat hadisəsi nəticəsində 4 nəfər həlak olub, 4 nəfər yaralanıb.
Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər tutulmuşdur.
Həmçinin narkotiklərlə əlaqəli 4, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 23 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun