5 Dekabr 2016
Mətni dəyiş
Türkiyə prezidenti Recep Tayyip Erdoğan ABŞ-ın dollarla bağlı oyununu pozmaq qərarına gəlib.
Türkiyə, Rusiya, İran və Çin qarşılıqlı ticarətdə dollardan imtina edərək öz valyutalarından istifadə edə bilərlər. Bu barədə Türkiyə prezidenti Recep Tayyip Erdoğan bildirib.
"Biz Rusiya, Çin və İran ilə alış-verişimizi yerli pulla həyata keçirmək üçün addımlar atdıq. Sabah axşam baş nazirimiz Rusiyaya gedir. Oralarla ticarətimizi yerli pulla həyata keçirmək üçün addımlar atacağıq. Onlardan nəsə alsaq onların pulu ilə, onlar bizdən alanda bizim pulla alacaqlar. Mərkəz bankına təlimat verdik. Bu oyunlar tutmayacaq. Biz də öz oyunumuzu oynayacağıq", deyə Erdoğan bəyan edib.
Türkiyə prezidenti həmçinin vətəndaşlara evlərində saxladıqları dollarları qızıla və türk lirəsinə dəyişməyi təklif edib.