Cənubi Koreya parlamenti prezidentə impiçment elan etdi

Cənubi Koreya parlamenti prezidentə impiçment elan etdi
9 Dekabr 2016
Mətni dəyiş
Koreya Respublikasının parlamenti ölkə prezidenti Pak Kın Heyə impiçment elan edib.
Qərarın lehinə 234, lehinə isə 56 deputat səs verib. İmpiçment Koreya Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən təsdiq və ya rədd edilə bilər.
Qeyd edək ki, prezident Park Kın He böyük korrupsiya qalmaqalında adı hallanan rəfiqəsi Çhve Sun Silə himayədarlıq etməkdə ittiham olunur. Paytaxt Seulda isə prezidentin istefası tələbi ilə kütləvi mitinqlər keçirilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun