Bunu Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov bildirib. İdarə rəsmisinin sözlərinə görə, bu günə kimi parkda keçirilən konsert layihələrinə Bakı Şəhər İcra Hakimiyyəti cavadehlik daşıyıb:
"Konsertin keçirilməməsinin səbəbini də onlar bilir."
Nazim Məcidov dekabrın 31-də Dənizkənarı Milli Parkda ancaq atəşfəşanlıq olacağını vurğulayıb:
"Artıq bununla bağlı Bakı Şəhər İcra Hakimiyyəti bizə müraciət edib. Atəşfəşanlıq üçün qurğular gətirilib və onların yerləşdiriləcəyi ərazilər müəyyənləşdirilib."