22 Dekabr 2016
Mətni dəyiş
BMT Təhlükəsizlik Şurası Suriyada humanitar yardıma ehtiyacı olanlara rejimin razılığı olmadan sərhəd sonrası yardım çatdırılmasına icazə verən qərarın müddətini yekdilliklə 10 yanvar 2018-ci ilə qədər uzadıb.
BMT TŞ ilk dəfə 2014-cü ildə qəbul edilən (2165 saylı) və başda Türkiyə olmaq üzrə Suriyaya qonşu ölkə sərhədlərindən bu ölkəyə humanitar yardım çatdırılmasına icazə verən qərarın müddəti barədə iclas keçirib.
Şura yekdilliklə qəbul etdiyi qərarla sərhəd sonrası humanitar yardım çatdırılmasını təsdiq edən qərarın müddətini 10 yanvar 2018-ci il tarixinə kimi uzadıb.
Suriyaya yardım çatdırılmasını istəyən daha əvvəlki BMT TŞ qərarlarının lazımınca tətbiq olunmadığı və rejimin işləri gecikdirdiyi vurğulanan mətndə, ölkə daxilində insan haqları pozuntuları və vətəndaşlara istiqamətli cinayətlər xatırladılaraq, bu hərəkətlərin insanlığa qarşı cinayət ola biləcəyi ifadə edilib.