10 Dekabr 2016
Mətni dəyiş
Atəşkəs cəhdləri tənqid olunan BMT tərəfindən Suriya üçün yeni atəşkəs layihəsi qəbul edilib.
Suriyanın Hələb şəhərində xüsusilə son həftələrdə Əsəd rejiminin bombardmanı ilə bərabər qarşıdurmalar davam edir. Rejimin hücumlarından qaçan ailələr isə Hələbin şərqində müxaliflərin nəzarətində olan 15 kvadrat kilometrlik ərazidə özlərinə sığınacaq tapıblar.
Digər tərəfdən BMT-də Suriyada atəşkəsin təmin edilməsi və humanitar yardımların çatdırılması mövzularını əhatə edən qərar layihəsi 122 səslə qəbul edilib.
Kanadanın liderliyində toplanan şurada danışan bu ölkənin BMT-dəki daimi nümayəndəsi Marc Andre Blanchard, "Suriyada insanlar aclıqdan ot yeyir. Özünüzü onların yerinə qoymağa çalışın. Bu müharibə, müasir dövrümüzün utancı olub. Suriya xalqına humanitar yardımlar çatdıra bilək ki, yaşaya bilsinlər, Suriyalılar prioritetimiz olmalıdır və dünya artıq səssiz qalmamalıdır", - deyə bildirib.
Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşər Cəfəri isə ölkəsinin ön şərtsiz, xarici müdaxilə olmadan sülh danışıqlarına hazır olduğunu ifadə edərək, Suriya özünə tətbiq olunan tək tərəfli, məcburedici iqtisadi tədbirlər səbəbiylə öz vətəndaşlarının gündəlik ehtiyaclarını ödəməkdə çətinlik çəkir", şəklində danışıb.
O bildirib ki, qəbul edilən qərar layihəsinin məcburi qüvvəsi olmasa da, layihəni dəstəkləyən ölkələr, BMT Təhlükəsizlik Şurasına vetoları ilə qarşı çıxan Rusiya və Çinə güclü birlik mesajı vermək istəyiblər.