Berlin: Milad bazarında törədilmiş ölümlər "terrorist hücumudur"

Berlin: Milad bazarında törədilmiş ölümlər "terrorist hücumudur"
20 Dekabr 2016
Mətni dəyiş
Berlində təşkil olunan izdihamlı Milad bazarına yük maşınının girməsi nəticəsində 12 nəfər ölüb, 48 nəfər yaralanıb. Almaniya polisi hadisəni "mümkün terror hücumu" kimi araşdırır.
Almaniya daxili işlər naziri, Thomas de Maiziere deyib ki, "bir çox əlamətlər" hücumun bilərəkdən törədildiyinə işarə edir.
Polis tvit edib ki, yük maşının sürücüsü saxlanılıb və nəqliyyatda olan, milliyətcə polşalı olduğu aşkar edilən sərnişin aldığı xəsarətlərdən ölüb.
50-yə yaxın insan xəstəxanaya yerləşdirilib və onlardan azı dördü ağır xəsarətdən əziyyət çəkir.
Hadisə yerindən çəkilmiş videoda piştaxtaların dağıldığı və insanların yaralı halda yerə sərildiyi görünür.
Sürücü Əfqanıstan və ya Pakistandan sığınacaq axtarmaq üçün Almaniyaya fevral ayında daxil olan qaçqındır, Almaniya xəbər agentliyi DPA Təhlükəsizlik xidmətindəki mənbəyinə istinadən yazır.
Berlin polis sözçüsü Winfried Wenzel deyib ki, nəqliyyat vasitəsini sürən şəxs hadisə yerindən 2 kilometr uzaqlıqda saxlanılıb və dindirilib.
Maşının şəkildəki məlumatları onun Polşa qonşuluğunda qeydiyyatdan keçdiyini göstərir. Polis deyir ki, onun ordan oğurlandığı da ehtimal oluna bilər.
Ariel Zurawski, avtoqatarın sahibi təsdiq edib ki, bazar ertəsi günortadan sonra onun sürücüsü ilə əlaqə yarada bilməyib.
"Biz bilmirik onun başına nə iş gəlib. O mənim əmimoğludur və mən onu uşaqlıqdan tanıyıram. Mən ona cavabdehəm."
Bazar şəhərin qərbindəki əsas ticarət küçələrindən birinə yaxın yerləşir
Bu, terror hücumu idi?
Bundan əvvəl Alman polisi hadisə ilə bağlı bir çox məsələlərin açıq qaldığını bildirmişdi.
Daxili işlər naziri cənab de Maiziere ARD televiziyasına deyib: "Mən indi hadisəni "hücum" adlandırmaq istəməzdim, baxmayaraq ki, çoxları bu haqda belə danışır.
"Belə bir ifadənin işlədilməsinin bütün ölkəyə psixoloji təsiri var və biz daha çox ehtiyatlı olmaq və fərziyələrə deyil, real istintaq nəticələrinə əsasən hərəkət etmək istəyirik."
Kansler Angela Merkel-in sözçüsü Steffen Seibert tvit edib: "Biz ölənlərə baş sağlığı verir və yaralıların çoxunun yardım alacağına ümid edirik."
Almaniya prezidenti Joachim Gauck yaydığı bəyanatında deyib ki, bu bazar ertəsi "bütün Berlin və bizim ölkəmiz üçün ən dəhşətlisi oldu".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun